Putin: “Boris Nemtsovun qətli faciəvi və biabırçı haldır”

img

16-04-2015 [16:07]


"Boris Nemtsovun qətli faciəvi və biabırçı haldır”.

APA-nın məlumatına görə, bunu Rusiya telekanallarının canlı yayımında Rusiya prezidenti Vladimir Putin müxalifətçi İrina Xakamadanın sualını cavablandırarkən deyib.
Rusiya xüsusi xidmət orqanlarının Nemtsovun qatilinin axtarılıb-tapılması istiqamətində yaxşı işlədiyini deyən Putin qətlin icraçılarının kimliyinin bir gün sonra məlum olduğunu bildirib. Qətlin sifarişçilərinin olub-olmamasına gəldikdə isə Rusiya prezidenti qeyd edib ki, buna istintaq zamanı aydınlıq gətiriləcək.
Putin onu da əlavə edib ki, Nemtsov ona qarşı qatı müxalif mövqedə dayansa da, aralarındakı münasibətlər xoş niyyətli olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR