Təranə və Musa ikinci dəfə evləndilər - FOTOLAR

img

15-04-2015 [16:20]


Mərasimdə onların ailə dostları, qızları, yeznəsi və nəvələri də iştirak edib.

"A-dan Z-yə" verilişinin növbəti buraxılışı fərqli şou ilə yadda qalacaq.

Oxu.Az xəbər verir ki, 18 aprel saat 22:00-da ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanacaq verilişdə iki məşhurun toyu və nikah mərasimi olacaq. Zaurun aşkarladığı fakta əsasən şou biznesdə qalmaqallı və hər zaman etraflarında söz-söhbət səngiməyən cütlük kimi tanınanTəranə QumralMusa Musayevillər əvvəl müəyyən səbəbdən rəsmi nikahlarını pozublar, o zamandan bu zamana rəsmi nikaha daxil olmayıblar. İllər əvvəl birgə həyat quranda da Musa Musayevin ailəsi icazə vermədiyinə görə toy mərasimi etməyiblər. Bunu nəzərə alan aparıcı bu cütlüyə toy və rəsmi nikah mərasimi qurub. Bu mərasimdə onların yaxınları, ailə dostları, qızları, yeznəsi və nəvələri də iştirak edib. Verilişin povilyonunda toy abu-havası quran Zaur ora məşhur sənətçiləri də qonaq dəvət edərək veriliş zamanı çox mətləblərin üstün açacaq.

Xatırladaq ki, bir müddət əvvəl şəxsi həyatları ilə gündəmə gələn cütlüyün bu izdivaclarını Musa Musayevin ailəsi qəbul etməyib və Təranə ilə qurduğu ailəsinə görə qohumları və ailəsi ondan üz döndərib. Bu səbəbdən də verilişin sonunda aparıcı sürpiz edib cütlüyün ən çox xeyir dua almaq istədikləri ananı çəkiliş məkanına dəvət edib.

Fotolar Elşən Arifə məxsusdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR