Xoşqədəmdən ATV-nin prezidentinə ittiham - Mətbuat konfransı

img

14-04-2015 [12:59]


ATV-də yayınlanan "Səni axtarıram" verilişinin müəllifi Xoşqədəm Hidayətqızı bu gün rəhbərlik etdiyi "Üç nöqtə" qəzetinin redaksiyasında mətbuat konfransı keçirirək ATV-dən ayrılması, verilişin gələcək taleyi ilə bağlı bir sıra suallara cavab verib.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, X.Hidayıtqızı "Səni axtarıram" verilişinin şəhadətnaməsinin ona məxsus olduğunu bildirib və deyib ki, Müəllif Hqüuüları Agentliyindən verilişin müəlliflik hüququnun ona aid olması üçün ATV-nin rəhbərliyi Vüqar Qaradağlı arayış verməlidir, ancaq o bundan imtina edir. 

Jurnalist mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirib, maraqlı, hətta sensasion sayıla biləcək açıqlamalarla çıxış edib. Jurnalist bildirib ki, verilişdən əldə olunan reklam gəlirlərinin 50 faizi ona çatmalı imiş, amma çatmayıb.

"Qafqazinfo"nun xəbərinə görə, X.Hidayətqızı deyib: "Çox təəssüf edirəm ki, bu gün doğma kanalım haqda danışacağam. Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. ATV isə mənə inandı və layihəmlə tanındım. Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. "Səni axtarıram” müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, bu, müqəddəs layihədir,  5 il bütün gücümü ATV-yə, "Səni axtarıram”a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib ATV rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu". 

Xoşqədəm Hidayətqızı

Xoşqədəm Baxşəliyeva bu məsələdə birbaşa ATV-nin prezidenti Vüqar Qaradağlını ittiham edib:

"Yalana nifrət edirəm. Dəfələrlə ATV-dən getmək istəyirdim. Üç il ANS-dən gələn təkliflərə yox demişəm.  ATV mənə doğma kanaldır, yenidən orada işləyə bilərəm. Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, istəyirəm layihəni yayımdan qaldırım. Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra məni çağırıb dedi ki, mənə tapşırıblar ki, "Səni axtarıram” efirə getməməlidir. Dedim ki, onda ərizə yazacaqsanız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada  yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq. Təbii ki, inanmadım. Və verilişin hüquqlarını  göstərən şəhadətnaməni aldım”.

X.Hidayətqızı bildirib ki, onu pul maraqlandırmır: "ATV mənim ata evimdir. Ora haqqında pis danışa bilmərəm. Mənə projem maraqlıdır".

Mətbuat konfransında ANS istisna olunmaqla heç bir telekanalın çəkiliş qrupu iştirak etməyib.

Qeyd edək ki, ATV rəhbərliyi ilə jurnalist arasında münaqişə baş verib və o, müəllifi olduğu verilişi ilə birlikdə ANS telekanalına keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR