140 minlik maşın, 11 minlik telefon, villa... - Rektor haqda iddialar

img

08-04-2015 [10:27]


Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adıçəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına səbəb olub.

Mia.az cumhuriyyet.az-a istinadən bildirir ki, GDU-nun rektoru Yusif Yusibovun qısa müddətdə sahib olduğu sərvətlər müzakirəyə buraxılıb:

 "Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə "Gülüstan qəsəbəsi” yaxınlığında kirayədə yaşayırdı. Rektor təyin olunduqdan sonra, o, qısa bir müddət ərzində Gəncənin "Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev aldı. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli "Leksus” avtomobilinə sahib ola bilib. Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür. Digər maraqlı bir fakt isə Y.Yusibovun mobil telefonu haqqındadır. O, çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11 min manatdır. Ötən ilin avqust ayında isə Yusif Yusibovun kolleksiyasına Hacıkənddə yerləşən dəbdəbəli bağ evi də əlavə olunub...".

Sözügedən saytdakı qeyd edilən iddia ilə bağlı GDU rektorundan mövqe öyrənə bilmədik. Onu da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR