Türk klubu Kamran Ağayevə nə qədər pul verəcək?

img

06-04-2015 [22:08]


Türkiyə PTT I Liqasında çıxış edən "Kaysersipor" rəhbərliyi komandanı həvəsləndirmək üçün mükafat ayırıb.

ANS PRESS-in məlumatına görə, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu Kayseri təmsilçisi ardıcıl iki turda "Albino Alanyaspor" və "Boluspor" matçlarında qələbə qazanacağı təqdirdə "premya" alacaq.

Start heyətdə mübarizə aparan hər bir futbolçuya 20 min türk lirəsi (8 min dollar) ödəniləcək.

Qeyd edək ki, "Kayserispor" 26 turdan sonra 56 xalla liderdir, ikinci yerlə qərarlaşan "Adana Demirspor"la arasında 8 xal fərqi var.


Digər xəbərlər
SON XƏBƏRLƏR