06-04-2015 [17:50]
"Uzun müddətdir döşəməsi sökük, tavanı uçuq olan dəhlizdə gecələyirəm. Evimi əlimdən alıblar, mənzilimdə yaşaya bilmirəm”.
Mia.az xəbər verir ki, bunu Strateq.az-a açıqlamasında məhkəmə və məmur özbaşınalığı ilə üzləşən Bakı şəhər sakini Yelena Berezinskaya deyir.
Şikayətçi deyir ki, məhkəmələrin ədalətsiz qərarlarına görə bəzən qonşuların evində, bəzən isə hamının ötüb keçdiyi, əşyalarının bayıra atıldığı darısqal yerdə gününü keçirir. Yaxşı ki, mənzilindən bir divanı çıxara bilib. Onun üstünə pal-paltarını yığır, həm də yatır. Heç kimi olmayan Yelena Berezinskayanın həyat yoldaşı Yuri Vaznyak uzun illər əvvəl dünyasını dəyişib, övladı da bir neçə il qabaq vəfat edib.
Tənhalığından istifadə edənlər Yelena Berezinskaya məxsus olan mənzili, özü də Bakının mərkəzində, Nizami küçəsi ("Torqovı” adlanan ərazi-red) ev 77, mənzil 90 ünvanında yerləşən mülkü ələ keçiriblər.
Şikayətçi iddia edir ki, evini qanunsuz şəkildə qonşusu Əskinaz Abbasova zəbt edib.
Yelena Berezinskaya deyir ki, Əskinaz Abbasova məhkəmə çəkişmələrində bacısının vəzifə səlahiyyətlərindən istifadə edərək qərarları öz xeyrinə təmin edir:
"Bakı Apellyasiya Məhkəməsinin hakimi olan Səriyyə Seyidova bacısı Əskinaz Abbasovaya qahmar çıxaraq, məhkəmə qərarlarına birbaşa təsir edir. İnanıram ki, mediada şikayətim yayılandan sonra Səriyyə Seyidova aprelin 15-də Bakı Apellyasiya məhkəməsində keçiriləcək məhkəməyə öz nüfuzundan istifadə edib, təsir etməyəcək. Əksinə, ədalətin təmininə dəstək olacaq".
Evinin sənədlərini təqdim edən mülk sahibi bildirir ki, ona aid 90 saylı mənzilin 19 kvadrat metr sahəsi olan bir otağı qonşusu, 91 saylı mənzilin mülkiyyətçisi Əskinaz Abbasovanın evinə birləşdirilib.
Bundan başqa, mübahisəli əmlakınYelena Berezinskaya aid olmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Zəfər Abdulovun ünvanlanan müraciətə verdiyi cavabda təsdiqləyir. Evinin qeydiyyat vəsiqəsinin (kupça) olmasının da ona heç bir köməyi dəyməyib.
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Fəqan Əhmədovun çıxardığı qərarda isə göstərilir ki, ümumi sahəsi 65,5 kvadrat metr olan mənzilinY.Berezinskayanın adına 2012-ci ildə özəlləşdirilməsi haqda nə cavabdeh Nəsimi rayon İcra Hakimiyyətində, nə ona tabe qurumda, nə də 48 saylı Mənzil-Kommunal İstismar Sahəsində (MKİS) məlumat olub. Mübahisəli 19 kvadrat metr isə dövlət mənzil fonduna aid yaşayış sahəsi kimi Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olub.
Y.Berezinskaya deyir ki, məhkəmənin bu qərarı əsassızdır:
"Çünki 19 kvadratmetri 2012-ci ildə deyil, 1996-cı ildə özəlləşdirib. Həmin otağın özəlləşdirilməsində 48 saylı "JEK” iştirak edib. Hətta otağın mülkiyyətimdə olması barədə cavabdeh təşkilatda məlumat olmasaydı belə, bu icra orqanının sərəncamını qüvvədə saxlamağa əsas vermir. Bu sərəncam ləğv olunmalıdır. Çünki İcra Hakimiyyəti evimi mənzil fondunda boş qalmış sahə kimi Əskinaz Abbasovaya verib. Bunu da belə izah edib ki, guya onun ailə vəziyyəti nəzərə alınaraq, bu addım atılıb, onun evinə birləşdirilib”.
Sonda ölkə başçısı İlham Əliyevdən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək diləyən Yelena Berezinskaya kimsəsiz olmağından istifadə edilərək, qanuni mülkünün ələ keçirilməsinin qarşısının alınmasına köməklik göstərilməsini xahiş edib.
Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Yazıda adıçəkilən şəxslərin fikirlərini də dərc edə bilərik.
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO