04-04-2015 [21:41]
"Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi şəhərin bir çox yerlərində quraşdırılmış məntəqələrdə bilet satışına başlayaraq, bu yayın ən mötəbər tədbirinə gedən yolda daha bir mərhələni qeyd edib.
Martın 20-dən etibarən tamaşaçılar biletlərini onlayn satış xidməti vasitəsilə almağa başlayıblar. İndi isə onlar bu məntəqələrdə bilet alışın ıtəsdiqlətdikdən sonra, "Bakı-2015” biletlərini əllərində tutacaqları o möhtəşəm anı yaşaya biləcəklər. Artıq biletləri birbaşa olaraq, Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzləri də daxil olmaqla, Bakınınmüxtəlif yerlərində - 8 nöqtədə yerləşdirilmiş satış məntəqələrindən almaq mümkündür.
İlk bilet təsdiqlətməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində, Beynəlxalq"AITF-2015” 14-cü beynəlxalq "Turizm və Səyahətlər Sərgisi”nin rəsmi açılış mərasimində iştirakı zamanı həyata keçirdi. "Bakı-2015” Birinci Avropa Oyunları bu sərgidə təbliğat stendi ilə iştirak edir, sərgi şənbə günündən ictimaiyyətə açıqdır.
Azərbaycan Respublikasının gənclər və idman naziri, "Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov bilet satışına başlanılması ulə bağlı bunları deyib:
"Şəhərin əsas ticarət mərkəzlərində bilet satışına başlanılması "Bakı-2015” Avropa Oyunları üçün vacib addımlardan biridir. Biz bilet satışı siyasətimizi elə müəyyənləşdirmişik ki, bu tarixi hadisəyə şahidlik etmək istəyən, Avropa Oyunlarından zövq almaq istəyən vətəndaşlarımız bu imkandan yararlana bilsinlər. Buna görə də Oyunlara bilet almaq hər bir Azərbaycan vətəndaşı üçün əlçatandır”.
Bugün Park Bulvar AVM-də Birinci Avropa Oyunlarının Ulduz Elçiləri Cabir İmanov, Eldar Qasımov, Bəhram Bağırzadə və Nuran Hüseynovun iştirakı ilə keçirilən tədbir məntəqələrdə bilet satışının başladığını qeyd etmək üçün təşkil olunmuşdu. 2 saat ərzində iştirakçılar viktorinalar və hədiyyələrlə dolu musiqili və əyləncəli tədbirdən zövq aldılar. Onlar, eyni zamanda, xüsusi hazırlanmış nəhəng "Bakı-2015” bileti və Birinci Avropa Oyunlarının rəmzləri olan Ceyran və Nar ilə şəkil çəkdirmək imkanı əldə etdilər.
Tədbirin aparıcısı Rüfət Ağayev tamaşaçılara müraciət edərək dedi: "Birinci Avropa Oyunları zamanı özünüzü sınamağı heç vaxt təsəvvürünüzə belə gətirmədiyiniz idman növlərini kəşf etmək üçün unikal şans əldə edəcəksiniz. Gəlin və dostlarınız və ailənizlə birlikdə maraqlı anlar yaşayın, ilk Avropa Oyunlarının təəssüratını bölüşün!”.
Birinci Avropa Oyunlarının biletlərini satış məntəqələrindən birbaşa yaxud onlayn üsulla (http://az.baku2015.com/tickets/index.htm) almaq olar. Onlayn alınmış biletlərin çekləri daha sonra şəhərin aşağıdakı bilet satış məntəqələrində dəyişdirilə bilər: Park Bulvar AVM, 28 Mall, Metro Park AVM, Heydər Əliyev Sarayı, "Azərbaycan” kinoteatrı, Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsi, Azadlıq Meydanı və ASAN Xidmətin Yasamal filialı.
Növbəti məntəqələri aprelin 18-də Neftçilər, Əhmədli metro stansiyaları yaxınlığında və Fəvvarələr Meydanında yerləşən McDonald’s restoranlarında, mayın 15-də isə Tofiq Bəhramov stadionunda açılacaq.
Biletlərin qiyməti çox münasibdir. Belə ki, idman yarışlarına giriş biletlərinin qiyməti 2-5 AZN arasında dəyişəcək. Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan, bağılanış mərasiminə isə 10 manatdan başlayacaq. 16 yaşından aşağı uşaqlar əksər idman komplekslərinə pulsuz giriş hüququ əldə edəcəklər.
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək