Avropa Oyunlarında satışa 600 min bilet çıxarılacaq

img

04-04-2015 [11:34]


Avropa Oyunlarında satışa 600 min bilet çıxarılacaq.


AzVision.az xəbər verir ki, bunu "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı üzrə şöbəsinin müdiri Miryam Boqotay bildirib. Onun sözlərinə görə, ki, hazırda Bakıda 8 məntəqədə bilet satışı başlayıb. Oyun gününədək daha 4 məntəqədə bilet satışına start veriləcək. Oyun vaxtı idman obyektlərində də bilet satışı təşkil olunacaq. Tədbirdə iştirak edən "Bakı-2015"in ulduz elçiləri paytaxt sakinlərini bilet almağa çağırıblar və özlərinin təmsil edəcəyi idman növləri barədə məlumat veriblər. 

Miryam Boqotay qeyd edib ki, açılış mərasimi üçün milli stadiondan bilet satılmayacaq: "600 min bilet satışa çıxarılacaq. Məsləhət görərdim ki, sonuncu günü gözləməyin, indidən bilet alın. Çünki açılış mərasiminə milli stadiondan bilet satılmayacaq. Açılış mərasiminə 40 min bilet olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR