“Bakı-2015” bağlanış mərasiminin bədii direktorunu təyin edib

img

03-04-2015 [14:53]


Bu gün "Bakı-2015” Birinci Avropa Oyunları Ceyms Hedleyin bağlanış mərasiminin bədii direktoru təyin edildiyini açıqlayıb.

Mia.az xəbər verir kii, Hedley peşəkar teatr və sirk sənətində, eləcə də iri həcmli tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdir. O, Şimali Amerikada Mystère, La Nouba, "O", The Beatles' LOVE, Ka, Iris and Zumanity daxil olmaqla bir sıra tamaşaların qurulmasında "Cirque du Soleil's” şirkətinin baş bədii direktoru olub və "Qremmi” mükafatı, "Tonight Show”, "Live with Kelly and Michael”, "Ellen De Generes Show” və "Today Show” kimi proqramları hazırlayıb.

"Bakı-2015” Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.

Ceyms Hedley bu xüsusda deyib: "Bakı-2015” üçün bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, bir məsuliyyətdir. Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin, dünyanın müxtəlif yerlərində izləyənlər üçün unudulmaz şou yaratmaqdır”.

Libbi Haylənd Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq və "Bakı-2015” bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi "Rio-2007” və "Qvadalaxara-2011” Panamerika Oyunları da daxil olmaqla, bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.

"Bakı-2015” Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bunları deyib: "Ceyms və Libbi artıq Bakıda yaratdığımız güclü bədii komandanı tamamladılar. Onların yaradıcı gücü "Five Current prodakşn”ın təcrübəsi ilə birləşərək, Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.

Qeyd edək ki, Skot Givensin rəhbərlik etdiyi "Five Currents” aparıcı şirkəti "Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısıdır. Şirkət "Soçi-2014” Qış Olimpiya, "Rio-2007” və "Qvadalaxara-2011” Panamerika Oyunlarının açılış və bağlanış mərasimlərini, "Cinco de Mayo”nun 15 illik yubileyini və Rio de Janeyroda "Reveillon Copacabana” Yeni il tamaşası da daxil olmaqla, bir çox tədbirləri təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR