Vüqar Muradovu “döydürən” müğənni danışdı: “Onu həbs etdirəcəm”

img

31-03-2015 [13:33]


Xəbər verildiyi kimi, azərbaycanlı müğənni Vüqar Muradov Moskvada döyülməsinin arxasında həmkarı Fidan Süleymanovanın durduğunu deyib. Müğənni Fidan Süleymanovanın isə buna cavabı özünü çox gözlətməyib.

O, AzNews.az-a bildirib ki, Vüqar Muradov günahsız yerə onu şantaj etdiyinin cəzasını alacaq:"Bizim Vüqar Muradovla aramızda mikrofon üstündə problem yaşanmışdı. Hadisə 2012-ci ilin avqust ayında "Xəzər” televiziyasının "Bizim gün” verilişinin nəşriyyatda yerləşən pavilyonunda baş vermişdi. Bir mikrofon üstündə o, məni çox ağır təhqir edib. Onun təhqirləri qarşısında mən susub qalmışdım. Şoka düşdüyümdən bəzən ona mənim anam cavab verirdi. O, mənim anama əl qaldırıb. Mən qabağa keçdim ki, onun əli mənim anama dəyməsin. Nəticədə bütün zərbələri mənə dəydi. Özümü müdafiə edəndə dırnağım onun alnını cırdı. O isə əlində bayraq etdi ki, Fidan xanım anası ilə onun üstünə hücum çəkib. Birincisi, mənim anam həmin vaxt əməliyyatdan çıxmışdı, qolu sarıqlı olub. Vüqar birinin üstünə beşini qoyub danışır. Mən vaxtında bununla bağlı polisə şikayət etmişəm və hər şey sübut olunub. Ekspertizanın nəticələri də var. O, mənə əl qaldırıb. Bədənimdə də bunu sübut edən xəsarətlər var. Moskvada döyülməsi məsələsində də məni günahlandırır. Əgər o, bunu sübut edə bilməsə, mən onun özünü şantaja görə həbs etdirəcəm. Qayda-qanun var, heç kim günahsız bir insanı boş yerdən günahlandıra bilməz. Efirdən mənim adımı çəkir. Bu, böyük məsuliyyətdir. Bunun altından çıxa bilməyəcək, onu məhkəmələrdə süründürəcəm”.

F.Süleymanova əlavə edib ki, baş verənlərlə bağlı bütün sənədlər hazırdır və yaxın günlərdə məhkəməyə təqdim ediləcək:"Onun etdikləri cinayətdir. Fakt üçün bir şəkil ortaya qoysun. Faktı yoxdur. Allah bilir, hansısa dostuna deyib ki, bir yumruq at, qoy gözümün altı göyərsin. Rusiyadan gələn şəkillərdə gözünün altında heç nə yoxdur. Deyir ki, krem çəkmişdim. Nə oldu? Rusiyanın düzündə krem tapa bilirsən, Azərbaycanda bu kremi efirə çıxanda tapa bilmədin? Bu insan yalan danışır. Bədəninin zədə alan yerini göstərsin və döyülməyini sübut etsin. Bu boyda yalanı mən bilmirəm, o, necə uydurur”.

Qeyd edək ki, "Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov bir neçə gün öncə Moskvaya toya dəvət olunub. Sonra isə səkkiz nəfər onu paytaxt ətrafındakı meşəyə apararaq döyüb.




Digər xəbərlər
SON XƏBƏRLƏR