SOCAR-dan “Neftçi” açıqlaması- “Sadıqov istefa verməyib”

img

30-03-2015 [17:41]


"Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov "Neftçi”dəki fəaliyyətini davam etdirir”. Mia.az xəbər verir ki, bu sözləri apasport.az saytına SOCAR-ın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O bildirib ki, "Neftçi”də struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra "Neftçi” İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək: "Sadıq Sadıqov hazırda "Neftçi” İdman Klubunun rəhbəri, eyni zamanda "Neftçi” PFK-nın prezidentidir. "Neftçi” PFK "Neftçi” İdman Klubunun tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Həmin dəyişikliklə bağlı da ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bu gün mətbuatda "Neftçi”nin prezidenti Sadıq Sadıqoun istefa verdiyi, bu posta isə Çingiz Abdullayevin gətirildiyi xəbəri yayılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR