Manatı cıran bacılara sərt etiraz - Canlı efirdə qalmaqal (VİDEO)

img

27-03-2015 [20:06]


ANS telekanalında yayımlanan "Evdəyik” verilişində şou-biznes nümayəndələri arasında qalmaqal yaşanıb.

Proqrama qonaq qismində çağırılan "Kristal” qrupunun rəhbəri Mədinə Məlik verilişə sonradan gələn Sevil-Sevinc bacılarını görən kimi studiyanı tərk edib.

 Verilişin aparıcısı Ulvira Qarayeva isə Mədinə Məliyi dayandıraraq məsələni aydınlaşdırmağa çalışıb. Qəti şəkildə etdiyi xəbərdarlığa baxmayaraq, ona hörmət edilmədiyini deyən qrup rəhbəri aparıcının sözlərinə məhəl qoymayıb və kulisdə böyük söz-söhbət yaradıb.

Əkiz bacılar isə studiyadan kənarda uzun sürən qalmaqallı müzakirələr zamanı divanda sakitcə oturaraq baş verənləri soyuqqanlılıqla izləyiblər…

Mia.az a24.az-a istinadənn verilişdən qalmaqallı videogörüntünü təqdim edir:



Digər xəbərlər
SON XƏBƏRLƏR