Bakıda sahibkarlar ayağa qalxdı - etiraz aksiyası (FOTOLAR)

img

27-03-2015 [12:28]



Azərbaycanda dolların məzənnəsinin qalxması bütün ticarət obyektlərinin işində problem yaradıb. 

FaktXəbər-in məlumatına görə, alqı-satqıda əziyyət çəkən ticarətçilərdən bir qismi də Azərbaycanın ən böyük qızıl satışı ilə məşğul olan "Moskva” Univermağında fəaliyyət göstərirlər.

Məlumata görə, dolların məzənnəsinin qalxması ilə əlaqədar demək olar ki, univermaqda yerləşən bütün ticarət obyektlərində satış dayanıb. Satışları dayanan ticarətçilər bu gün etiraz məqsədi ilə dükanlarını açmayıblar. 

Univermağın "Gold Centre" kimi tanınan hissəsinin işçiləri bildirirlər ki, dolların məzənnəsinin qalxmasından sonra satışlarının azalmasını nəzərə alaraq rəhbərliyin icarə pulunu bir qədər azaldacağını gözləyirlərmiş, amma əksinə, vergi adı ilə 100 AZN də pul yığılır. Məhz buna görə də satıcılar etiraz məqsədi ilə univermağın qarşısına toplaşıblar. Onlar univermaq rəhbərliyindən icarə pulunun azaldılmasını və 100 manatların yığılmamasını istəyirlər. 

Onların bu tələbi qarşısında hərəkətə keçən rəhbərlik, yerpulunun qalması şərti ilə 100 manatların yığılmayacağını deyib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR