Xaçmazda bərbər özünü asdı - TƏFƏRRÜAT

img

27-03-2015 [10:22]


Xaçmaz şəhərində intihar hadisəsi baş verib.

Mia.az ans press-ə istinadən xəbər verir ki, Xaçmazda yerləşən beşmərtəbəli binalardan birinin altında yerləşən bərbərxanada dəllək özünü asaraq intihar edib.

Hadisə bir qədər əvvəl baş verib və səbəbləri hələ məlum deyil.

Hazırda hadisə yerində Xaçmaz şəhər polis şöbəsinin və prokrorluğun əməkdaşları araşdırma aparır.

Faktı Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov təsdiq edib.

Hadisənin təffərufatı barədə məlumat verəcəyik.

****  

Xaçmaz şəhərində özünü öldürən bərbərin kimliyi məlum olub.

Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Nəriman Nərimanov 70 ünvanında yerləşən beşmərtəbəli binanın altındakı bərbərxanada işləyən 1993-cü il təvəllüdlü Elşad Mövsüm oğlu Muradov özünü asıb. O, bərbərxanada qapını bağlayıb və intihar edib.

Onun cibindən vida məktubu çıxıb. Elşad Muradov məktubunda ölümündə heç kimin günahının olmadığını bildirib. O, məktubunda dünyada ən çox sevdiyi iki nəfərdən üzr istəyib.

Məktubunda bacısı və sevdiyi xanımdan üzr istəyən Elşad Muradov onları çox istədiyini vurğulayıb. O, artıq yaşaya bilmədiyini bildirib. Bu səbəbdən ölümü seçdiyini yazıb.
Qeyd edək ki, Elşad Muradov əsəb xəstəsi olub. Son vaxtlar özünə qapanıb. Ünsiyyətdən qaçmağa çalışıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR