Ərdoğandan gözlənilməz ittihamlar - Açıqlama

img

27-03-2015 [01:24]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı başladığı hərbi əməliyyata dəstək verib.

"France 24" kanalına danışan Ərdoğan Yəməndə baş verənlərdə İranı günahlandırıb: "İran və terrorçu qruplar Yəməndən çəkilməlidir'. 

Ərdoğan həmçinin, Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata lojistik dəstək veriləcəyini deyib. 

Ərdoğan İranın İraqdakı rolu üçün belə deyib: "İran Mosulda İŞİD-in yerini almamalıdır". 

Kürd probleminin həlli ilə bağlı sualı cavablandıran Türkiyə prezidentini Şimali İrlandiya da oduğu kimi PKK ilə qarşıdurmalara getməyəcəklərini bildirib(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR