2 Aprel Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir keçiriləcək

img

26-03-2015 [22:34]


XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur.Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır.

İctimai Birliyimiz tərəfindən əldə etdiyimiz qeyri-rəsmi statistikamıza əsasən ölkəmizdə təxmini 4000 yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyata alınmışdır.Ölkəmiz autizm sindromlu uşaqların artımına görə 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutmuşdur.Hesablamalara görə bu il uşaqlarda aşkar ediləcək autizm xəstəliyi QİÇS,diabet,və xərçəng xəstəliklərinin ümumi sayından çox olacaqdır. İctimai Birliyimiz tərəfindən aparılan irimiqyaslı "Autizm maarifləndirmə”layihələri Bakıda və regionlarda dayanmadan həyata keçirilməkdədir. 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur. Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki,ölkəmizdə də geniş miqyasda qeyd edilir.2012-ci ildə Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı aprelin 2-də Beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır”aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuş və Milli Parkdakı binalardan biri Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılmışdır.2013-cü ildə isə H.Əliyev Fondu,UNİCEF və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin birgə layihəsi əsasında Bakı Four Seasons Oteli mavi işıqla işıqlandırıldı.Artıq dördüncü ildir ki,həyata keçirilən "Mavi işıqla işıqlandır” "aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür.Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırırlar. İctimai Birliyimiz artıq bir neçə ildir ki,2 Aprel Dünya Autizm Günü ilə əlaqədar olaraq geniş tədbir keçirərək autizm sindromu haqqında , bu sindromla mübarizə yolları, valideynlərə düzgün istiqamət göstərmək, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti , xəstələrə dövlət tərəfindən nəzarətin hansı səviyyədə olunduğu və s. məsələlər haqda geniş müzakirələr aparmışdır. 2 Aprel Autizm Məlumatlandırma Günü ilə əlaqədar saat 11.00-da İctimai Birliyimizdə geniş tədbir keçiriləcək.Sizi də həmin tədbirdə iştirak etməyə etməyə dəvət edirik. Gəlin, həmin gün autizmli uşaqlarla birgə olaq!

 Tədbirin keçiriləcəyi ünvan: Suraxanı rayonu,Qaraçuxur qəs. Yeni günəşli yaylası, Döngə 2,ev 31 ("Altun” restoranının və "Xəzər "marketin yaxınlığı) 

Əlaqə tel:012477 06 66,(055)347 99 51 
 Hörmətlə, Ç.Məmmədli Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR