Müğənnu Elnarədən yeni xəbər - VİDEO

img

26-03-2015 [16:40]




Müğənni Elnarə Xəlilova TRT Avaz təşkil etdiyi konsert proqramında çıxış edib. 

Mia.az xəbər verir ki, konsert telekanalın yaranmasının 6 illiyi və Novruz Bayramı münasibəti ilə təşkil edilib. Türkiyənin ən məşhur musiqi kollektivlərindən biri olan Enbe Orkestrinin müşayəti ilə keçirilən konsertdə Elnarə sənhəni usta sənətçi Kubatla bölüşüb.
 
Konsertdən əvvəl TRT Avaza müsahibə verən Elnarə Azərbaycanda keçirilən Novruz Bayramı adət-ənənələrindən, şirniyyatlarından danışıb. O, bildirib ki, Azərbaycanın ən böyük və qədim tarixə malik Novruz Bayramı festival formasında qeyd edilir və bir həftə müddətində davam edir. 

Konsertdə səhnəyə "Laçın” mahnısı ilə çıxan Elnarə "Cənnətim Qarabağ” və "Novruz” mahnılarını ifa edib. Repertuarında "Sarı gəlin” mahnısı olduğunu deyən müğənni konsertdə bu xalq mahnısını repertuarından çıxardığını deyib:

 "Əslində, konsertdə mən yalnız  xalq mahnıları ifa etməyi düşünürdüm. Lakin təəssüf ki, bir çox xalq mahnılarımızın nota köçürülməyib. Enbe Orkestri isə mahnını notla məşq etməli idi. Hörmətli professorumuz Azər Dadaşov mahnıları nota köçürdü. Bəstəkar Sevda Məmmədli ilə məşq etdik. Lakin Enbe ilə yalnız üç mahnını hazırlaya bildik. Kubatın son albomunda "Sarı gəlin” mahnısı olduğu üçün onun oxuması məsləhət görüldü. Konsertə dəvət aldığım üçün TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Yıldıray Arslana təşəkkür edirəm”.

Konsertin sonunda Enbe Orkestrinin rəhbəri Behzat Gerçeker Elnarə ilə işbirliyindən böyük zövq aldığını bildirib. Konsertdə TRT Avaz telekanalının Türk Dünyasının birliyini əks etdirən "Avaz” adlı mahnıya çəkilən tanıtım videosunun ilk nümayişi də olub.  Hər bir türk xalqını təmsil edən müğənninin  yer aldığı layihədə  Azərbaycanı Elnarə təmsil edib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR