Həbsxanada daha bir məhkum öldü - Səbəb

img

26-03-2015 [15:35]


Azərbaycanda məhkum ölüb. Mia.az-ın Anspress-ə istinadən məlumatına görə, məhkum xəstəlikdən dünyasını dəyişib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Müəssisədə müalicə alan 1966-cı il təvəllüdlü Alik Bermetovun halı qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün səbəbləri aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR