Putinin gizli hərbi planı

img

26-03-2015 [13:36]


Yaxın perspektivdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında geosiyasi vəziyyəti kəskinləşəcək. 

Bu barədə Rusiya mətbuatı KTMT katibliyinin yeni başa çatmış qapalı iclasının iştirakçıları ilə söhbətdən sonra bu nəticəyə gəlib. 

KTMT-nin məsuliyyət zonasına Rusiya, Belarus, Mərkəzi Asiya və Ermənistan daxil olduğunu qeyd edən KİV-lər Əfqanıstan, Baltikyanı ölkələr və Polşadan gələ biləcək potensial təhlükələrdən bəhs edirlər. 

Erməni mətbuatı da məsələyə diqqət yetirir və Ermənistanla bağlı məsələnin bir qədər ümumi rakursdan fərqləndiyini vurğulayır. Ermənistanın qonşularının - Türkiyə və Azərbaycanın Rusiya ilə müttəfiq olduğunu vurğulayan İrəvan KİV-ləri KTMT qüvvələrinin region üzrə əsas məqsədinin bölgəyə rus hərbçilərinin yerləşdirilməsi olduğunu vurğulayır. 

"Məsələ bundadır ki, bu blok əslində tamamilə Rusiya hərbi təşkilatıdır, maraqları başqa üzv ölkələrin maraqları ilə üst-üstə düşmür. Bu ölkələrə təhlükə yaranarsa, KTMT qarışmayacaq. Bunu blokun baş katibi bildirib. Bunun əvəzində Ermənistan - Azərbaycan sərhədinə "sülhməramlılar”ın yerləşdirilməsi məsələsi ciddi müzakirə edilir”,- deyə erməni portalı "Lragir” vurğulayır. 

Anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR