Bu yollar bağlı olacaq - SİYAHI

img

25-03-2015 [22:24]


Sabah paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq.

Mia.az xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən "APA-Economics”-ə verilən məlumata görə, bu gün axşam saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Martın 26-ı səhər saat 07:00-dan etibarən isə təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR