Litvada Beynəlxalq Parlamentlərarası Forum – Yeganə Hacıyeva məruzə edib

img

25-03-2015 [18:47]


Litva parlamentində Demokratiya Naminə Beynəlxalq Parlamentlərarası Forum keçirilib. 

Mia.az xəbər verir ki, Forumda Litva Xarici İşlər Naziri, Litva Parlamentinin spikeri, Litva Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, ABŞ konqressmenləri, İslandiya xarici işlər naziri, Fransa, İngiltərə, Almaniya, Polşa, Taybey, Gürcüstan, Misir, Tunis, Latviya, Estoniya, Ukrayna parlamentlərinin sədrləri və  üzvləri, həmçinin Litva dövlətində təmsil olunan diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, Demokratik İctimaiyyət Təşkilatının Baş katibi, Avropa Demokratiya  Fondunun prezidenti, Tunis Milli Assambleyasının  spikeri, Ərəb Liqasının baş katibi, "Freedom -Hohuse" təşkilatının prezidenti, Baltik-Amerika Milli Komitəsinin direktoru, Nato Strateji Kommunikasiyalar Mərkəzinin icraçı direktoru, İsveç Azad Dünya Forumunun  prezidenti  və ABŞ-da təmsil olunan bir sıra institutların və  icmaların  nüfuzlu nümayəndələri iştirak ediblər.

Məlumatda bildirilir ki, Beynəlxalq parlamentlərarası görüşdə dünyada və müxtəlif  regionlarda 30-a yaxın nüfüzlu yayım mərkəzlərinin nümayəndələri, jurnalistlər və media əməkdaşlarının da iştirak təmin olunub: 

"Forumda Şərq Tərəfdaşlığı ölkələrinin demokratik  hərəkatlarının rəhbərləri və Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ukraynanın  gənc liderləri də iştirak ediblər. Azərbaycanı Gənc Demokratlar İnstitutunun  direktoru Yeganə Haciyeva,  Belarusu  Birləşmiş Cəmiyyət Partiyasının sədri Anatoliy Libedzka, Rusiyanı isə Rusiya Demokratik Seçim Hərəkatının lideri Vladimir  Rujkov təmsil edib.

Forumun ilk paneli demokratik keçidlərin kecmişi, hazırki vəziyyəti  və demokratik inkişafın dayanıqlığı faktorlarına həsr olunub. Bu panelin spikerləri "Freedom-Hohuse"  təşkilatının prezidenti Mark P.Lagon, Litva Ali Sovetinin sədri və Litva İstiqlal aktının müəllifi  Vyutas Landsbergis, Belorusun Birləşmiş Cəmiyyət Partiyasının sədri Anatoli Libedzka, İslandiya xarici işlər naziri Hannibalson və  Krım Tatarlarının lideri və Ukrayna parlamentinin  üzvü Mustafa Cəmilov idi. 

Spikerlər mövzu ətrafında fikilərini bölüşüblər. Ən maraqlı çıxış isə Krim Tatarlarının lideri Mustafa Cəmilovdan gəlib. O, ölkəsindəki vəziyyətlə bağlı məruzə edərək, dünya birliyini Ukrayna hökümətinə ciddi dəstəyini davam etdirməyə cağırıb.

Forumun ikinci paneli demokratiyanin qlobal vəziyyəti, imkanlar, hədələr  və risklər movzusunda olub. Bu panelin spikerləri isə Avropa Demokratiya  Fondunun prezidenti Jery Pomianovski, Ukrayna Ali Radasının üzvü və və sabiq  xarici işlər naziri  Tarasyuk, Tunis Milli Assambleyasinin  spikeri, Ərəb Liqasının baş katibi  Mannay və Litva xarici işlər naziri Azubalis idi.

Panelin başlanğıcı bir az qəmli notlatrda başlayıb. Belə ki, panelin ilk spikeri  Rusiya Demokratik Secim Hərəkatının lideri Vladimir Rujkov forumda və bu paneldə  dostu və silahdaşı Boris Nemçovu əvəz etdiyini bildirib. Rusiyada demokratiyanın kritik vəziyyəti haqda fikirlərini bölüşən Rujkov deyib ki, mövcud  siyasət Rusiyanın milli maraqlarına  təhlükədir və bu siyasət ölkəsinin parçalanmasına gətirib çıxara bilər.

Forumun  sonuncu – üçüncü  paneli isə "Qeyri-demokratik rejimlərə müqavimətin gücləndirilməsi,demokratiya naminə beynəlxalq demokratik ictimaiyyətin  birləşdirilməsi”  mövzusunda olub.

Panelinin spikerləri  Ağ evin nümayəndəsi, respublikaçı konqresmen Jon Şimkus, ”Community of  Democracies”in  baş katibi Mariya Laisner, Gənc  Demokratlar  İnstitututnun  direktoru Yeganə Hacıyeva, Gürcüstan parlamentinin üzvü Georgi Kandelaki, Litva  Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Paulauskas, Misir parlament üzvü Ahmad Farag olublar.

Panelin sonuncu spikeri olan Yeganə Hacıyeva Cənubi Qafqaz Regionunda Demokratiya və onun inkşaf mərhələləri, riskləri və imkanları haqqında məruzə edib. O, Cənubi Qafqazda demokratiya və stabilliyə əsas hədənin Rusiyanin  olduğunu və regiondakı konfliktlərin bu ölkədən qaynaqlandığını vurğulayıb. Xanım Hacıyeva əlavə edib ki,  Ermənistan Rusiyanın  patronajliğı ilə işğalçı siyasət yeridib və nəticədə Azərbaycanın 20 % torpaqları işğal olunub, 1 millondan çox insan qaçqın düşüb.

Daha sonra Azərbaycanda demokratiya və insan haqqlarının ürəkacmaz vəziyyəti haqqında danışan xanım Hacıyeva bu sahədə  beynəlxalq ictimaiyyət nümayəndələrinin ata biləcəyi addımlar haqqında danışıb və bu problemin həlli yollarında mümkin imkanlar və prespektivlər haqda fikirlərini bölüşüb.
 
Yeganə Haciyeva  demokratiyanın heç bir ölkənin daxili işi olmadığını və beynəlxalq ictimaiyyəti hökümətlərarası münasibətlərdə iqtisadi maraqlarla birgə demokratiyanı da prioritet məsələlər sırasına salınmasının vacibliyini vurğulayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR