Gömrükçülərə qəzəbləndi, Prezidenti məhkəməyə verdi - Azərbaycanda maraqlı olay

img

25-03-2015 [18:30]


Azərbaycanda nadir sayılacaq hadisə baş verib.

Strateq.az xəbər verir ki, "Ulduz-Elektron” MMC-nin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi məhkəməyə verib. Bunun səbəbi isə Prezidentə vurulan teleqrama cavab alınmaması göstərilir.

Məlumata görə, MMC rəhbərliyi  teleqrama cavab verilməsi vəzifəsinin prezidentin üzərinə qoyulması məqsədiylə məhkəməyə üz tutub. Artıq işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin iddia təmin olunmayıb:

«Birinci instansiya məhkəməsinin qərardadından isə Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub.  Bu şikayət sözügedən məhkəmədə hakim  Kəmalə Abiyevanın sədrlik etdiyi məhkəmə heyətinin icraatına verilib. Hakim Kəmalə Abiyeva isə aprelin 1-nə iclas saatı təyin edib».

Strateq.az-ın əldə etdiyi məlumata görə, MMC rəhbərliyinin teleqramı Dövlət Gömrük Komitəsi və bu komitənin Astara Gömrük İdarəsində üzləşdiyi problemdən bəhs edir. Belə ki, MMC rəhbərliyi bu idarədə üzləşdiyi problemlərlə bağlı aylardır mübarizə aparır və bu səbəbdən Prezidentə teleqram vurulub.

 Məlumata görə, "Ulduz-Elektron” MMC ilə Gömrük Komitəsi və bu komitənin adıçəkilən idarəsi  arasında da məhkəmə çəkişməsi var. Həmin çəkişməyə fevral ayının 17-də Ali Məhkəmənin hakimi İlqar Hüseynov baxıb. Və Ali Məhkəmənin qərarına əsasən, şikayət yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR