“Oda” Teatrında yeni tamaşa – “Tikanlı məftillər”

img

25-03-2015 [17:04]




28 və 29 mart saat 19:00-da "Oda” Teatrında yeni tamaşanın premyerası olacaq. Teatrdan verilən məlumata görə, türkiyəli yazar Müzaffer İzgünün "Sərhəd” əsəri əsasında hazırlanan "Tikanlı məftillər” tamaşasının rejissoru İmam Həsənov, aktyorları Elmin Bədəlov və Niyaz İlyasoğludur. 

TamaşaNeviniya və Seviniya adlı iki ölkə arasındakı sərhəddə baş verən hadisələr fonunda cərəyan edir. Münaqişə mövzusunda hazırlanmış tamaşada iki düşmən əsgəri üz-üzə dayanıb, hadisələrin gedişatı isə hər ikisinin gözləmədiyi şəkildə baş verir.

Əsəri Türk dilindən tərcümə edən Anar Cəfərli, rəssam Qəmbər Qəmbərli, karikaturist isə Cavad Qafarovdur. Afişanı hazırlayan Zaur Hüseynzadədir.

Hadisələrin gedişatını yaxından izləmək üçün 28 və 29 mart saat 19:00-da "Oda” Teatrının premyerasına qatıla bilərsiniz.

Ünvan: Dilarə Əliyeva küçəsi 141
Əlaqə: 050 394 48 64 və 070 219 83 33

Biletin qiyməti: 3 AZN

Əlavə qeyd: Premyera həmçinin Fransada yerləşən "Maison d'Europe et d'Orient”in təşkil etdiyi "l'Europe des Théâtres” festivalı üçün nümayiş olunur. Adıçəkilən festival "onlayn dünya festivalı” kimi tanınıb. Bu festivala dünyanın bir çox ölkələrində qatılan teatrlar premyeralarından birini bu festivalın adı ilə elan edir və öz məkanında göstərir. 

Həmin məlumatlar isə (http://www.sildav.org/festivals/leurope-des-theatres) göstərilmiş linkdə yerləşdirilir və digər teatrlar da bu linkdə göstərilən məlumatlarla tanış olur. 

Bu il Azərbaycandan yalnız "Oda” Teatrı bu festivala qatılmaq üçün dəvət alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub