AA seriyalı maşın polis kapitanını vurdu

img

25-03-2015 [16:26]


Bakıda polisin vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeydə alınıb.

Qəzanı törədən avtomobil isə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Rezervuar və Metal Konstruksiya MMC-yə məxsus olub.

Sürücü Mitsubishi markalı 50 AA 547 nömrəli avtomobillə xidmətdə olan 17-ci Polis Bölməsinin polis kapitanı 1965-ci il təvəllüdlü Kamal Əliyevi vurub. Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in Hospitalına yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR