Doğuş zamanı daha bir faciə - VİDEO

img

25-03-2015 [16:17]


Ağdamda ana və uşağı doğuş zamanı dünyasını dəyişib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əslən işğal altındakı Ağdərə rayonundan olan məcburi köçkün 35 yaşlı Mətanət Həbibova gecə saatlarında doğum sancıları ilə Ağdam rayon Üçoğlan kənd xəstəxanasına gətirilib.

Doğuşda iştirak edən xəstəxananın həkimi Saçlı Qurbanovanın dediyinə görə, qadın xəstəxanaya daxil olarkən artıq uşaq ana bətnində dünyasını dəyişibmiş. Kəskin qanaxma nəticəsində ananın da həyatını xilas etmək mümkün olmayıb.

"Cift vaxtından əvvəl qopduğuna görə, uşağın anayla əlaqəsi kəsilib və məhv olub. Cifti çıxardıq, qanaxmaya qarşı tədbir gördük. Lakin qadını xilas edə bilmədik”, - deyə Saçlı Qurbanova bildirib.

Hadisə barədə Mətanət Həbibovanın yaxınları danışmaq istəməyiblər.

Qeyd edək ki, bu qadının birinci hamiləliyi olub.

Hazırda baş vermiş faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR