Prezidentin qızı ilə bağlı daha bir şok xəbər

img

25-03-2015 [15:59]


"Özbəkistan prezidentinin hazırda Daşkənddə ev dustaqlığında olan qızı Gülnarə Kərimova Özbəkistanda fəaliyyət göstərmiş və hazırda da fəaliyyət göstərən beynəlxlq mobil rabitə və telekommunikasiya şirkətlərindən azı 1 milyard dollar töycü alıb”.

Mia.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun özbək xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, bu pulların çox hissəsi G.Kərimovanın oyuncaq şirkətləri vasitəsilə aparıcı Qərb şirkətlərindən şübhəli şəkildə alınıb.

"Aparıcı Skandinaviya və Rusiya mobil rabitə şirkətlərinin Gülnarə Kərimovaya rüşvət verməyə məcbur edilməsi barədə çoxdan danışılır. Bizim əlimizdə olan sənədlər Gülnarə Kərimovanın düşündüyümüzdən də acgöz olduğunu təsdiqləyir. Onun yaratdğı korrupsiya sxeminin kökləri daha dərinə işləyib” - deyə ekspert Miranda Patruçiç bildirir.

Hesabatda deyilir ki, G.Kərimovanın bank hesablarına yüz milyonlarla dollar məbləğində şübhəli maliyyə vəsaiti daxil olub. Məqsəd Özbəkistanda 3G sisteminin maneəsiz fəaliyyətinə, həmçinin WiMAX и WiFi şəbəkələrinin yaradılmasına razılıq verilməsinə nail olmaq olub.

"Gülnarə Kərimova dövlət qurumlarının köməyindən istifadə etməklə ona tabe olmayan şirkətləri bağlatdıracağı ilə hədələyirdi. Gülnarə bütün şirkətlərdən birmənalı şəkildə "haqq” tələb edirdi. Onun gəlirlə işləyən telekommunikasiya şirkətlərindən aldığı töycü adətən azı 26 faiz idi” - deyə hesabatda bildirilir.

Amma bu tələbə boyun əyməyən Qərb şirkətləri də olub. Hesabatda Özbəkistan bazarını tərk edən COSCOM şirkətinin adı çəkilir.

Hazırda İsveçrədə "Takiland Ltd.” şirkətinin 800 milyon dollar vəsaitinə qadağa qoyulub. Bu hesab dondurulub. Həmin şirkətin G.Kərimovaya məxsus olduğu bildirilir. Daha 30 milyon dollara isə İsveçdə qadağa qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR