İsraildən Türkiyəyə təhdid, Azərbaycana terror xəbərdarlığı

img

24-03-2015 [23:59]


İsrail vətəndaşlarına dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edib.
 
Mia.az ANS-ə istinadən xəbər verir ki, həmin 40 ölkə arasında Azərbaycanın da adı var. Belə ki, İsrail hökuməti yaxınlaşan bayramlarda dünyanın 40 bölgəsinə edilən səyahətlərin yəhudilər üçün təhlükəli ola biləcəyini bildirib. 
 
İsrailin Terrorla Mübarizə İdarəsindən verilən şərhdə deyilir ki, yəhudilər üçün əhəmiyyətli olan bayramlarda xaricdə İsrail vətəndaşlarına qarşı hücumlar arta bilər: "Belçika, Kanada, Avstraliya, Fransa və Danimarkadakı son terror hücumlarının, İraqda və Suriyadakı terrorçu qruplara qatılanların Qərb ölkələrini və yəhudiləri hədəfə alması yeni teraktların ola biləcəyi ilə bağlı narahatlıqlar yaradır". 
 
İsrailin açıqladığı siyahıda Türkiyə yəhudilər üçün ən təhlükəli bölgə kimi qiymətləndirilib. 
 
Siyahıda ardıcıllıq belədir: Türkiyə, Suriya, İraq, İran, Livan, Yəmən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Liviya, Sudan, Somali, Burkina Faso, İndoneziya, Fil Dişi Sahili, Malayziya, Mali, Mavritaniya, Misir, Pakistan, Toqo, Əlcəzair, Cibuti, Tunis, Bəhreyn, Filippinin cənubu, İordaniya, Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Mərakeş, Oman, Tailandın cənubu, Keniya, Nigeriya, Hindistanın cənubu, Seneqalın şərqi, Nigerin ​​şimalı, Çeçenistan və Kəşmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR