Səfir və diaspor rəhbərliyi Adil Əliyevin kitabına təqdimat keçirəcək - Görüş (FOTO)

img

24-03-2015 [23:27]


Bu gün Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədovu, Qırğızıstandakı Azərbaycan diasporunun fəalı Qiyas Xəlilovu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondun  fəalı Mürəfəddin Sakimovu  və  şair- tərcüməçi Mukan Asanaliyevi qəbul edib. 

Mia.az xəbər verir ki, görüşdə  Azərbaycan parlamentinin deputatı Adil Əliyevin ideya müəllifi olduğu "Erməni soyqırımı – mif  və gerçəklik” adlı qırğız dilində  nəşr edilmiş kitabının təqdimat  mərasıminin keçirilməsi müzakirə olunub.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun  sözlərinə görə, görüşdə qırğız dilində "Admiral Bristolun raportu – faktların dili ilə” kitabından da söhbət açılıb və bu kitab Qırğızıstanın Çanaqqala qələbəsinin 100 illiyinə verdiyi əvəzolunmaz töhfə hesab olunub. 

Görüşdə qeyd olunub ki,  440 səhifəlik kitabı rus dilindən qırğız dilinə Mukan Asanaliyev tərcümə edib. 500 tirajla işıq üzü görən kitabın pulsuz yayılmasının  nəzərdə tutulması Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıçı çox sevindirib. 

Səfir kitabın təqdimat mərasiminin keçirilməsi üçün bütün dəstəklərini verəcəklərini bəyan edib.
Qeyd edək ki, Adil Əliyevin "Admiral Bristolun raportu – faktların dili ilə” kitabı Türkdilli dövlətlərin siyasətinə dəstək fondun maliyə dəstəyi ilə tərcümə edilib və işıq üzü görüb.

Sonda Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıça Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondun Bişkekdə nəşr etdirdiyi kitablar hədiyyə edilib. Kitabları böyük maraqla  qəbul edən səfir qırğız dilinə tərcümə edilməsi üçün Türkiyənin tarixinə aid  bir kitabla birlikdə başqa tarixi kitabları görüş iştirakçılarına təqdim edib.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR