QMİ-dən zəvvarlara - Müraciət

img

24-03-2015 [12:30]


Qafqaz Müsəlmanları İdarəsi 2015-ci ildəki həcc ziyarəti ilə bağlı əlavə izahat verib.

Mia.az xəbər verir ki, ans press-in QMİ-yə istinadla məlumatına görə, izahatda zəvvarların mütləq biometrik pasportları olmasının vacibliyi qeyd edilib.

QMİ-dən verilən məlumata görə, Həcc ziyarətinə getmək istəyənlər mütləq yeni tip biometrik pasport əldə etməlidirlər.

Biometrik pasportun olması Səudiyyə Ərəbistanının tətbiq etdiyi yeni qaydalara əsasən tələb olunur.

Xatırladaq ki, Azərbaycanda 11 mart tarixindən etibarən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, builki ziyarətin şərtlərində əvvəlki illərə nisbətən dəyişiklər var.

Bu il də zəvvarlara ziyarət iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, daha bahalı yeməklərin verilməsi, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 manat, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlı hotellərdə qalmaqla təklif olunan variant isə 4700 manatdır.

Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub