23-03-2015 [11:00]
Allah bizə hər şey verib. Neft verib, qaz verib, səfalı yerlər verib, buz bulaqlar, yaxşı insanlar verib. Ən əsası, hər gün müzakirə eləməyə nəsə bir mövzu da verir.
Bu həftənin mövzusu isə Milli Məclisin komitə sədri, uzunömürlü deputat Hadi Rəcəblinin müəllimlərlə bağlı səsləndirdiyi fikirlər oldu. Əslində, Hadi kişi (müəllimlərə dediyi sözdən sonra ona müəllim deməyə dilim dönmür -Z.Ə.) sosial siyasət kursunu müəyyənləşdirən bir adam kimi bu cür təkliflər verməlidir. Belə baxanda, bu, onun vəzifə borcudur. Görünən odur ki, cənab deputat bu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Əgər belə olmasaydı, elə bir təklif verməzdi və bu qədər müzakirəyə səbəb olmazdı. Hamı Hadi Rəcəblini bir cür məzəmmət edir, danlayır, tənqid edir, hətta təhqirə də keçənlər var. Hərənin öz fikri var və buna hörmətlə yanaşıram.
Yəqin ki, "Tütək səsi" filmini hamı xatırlayır. Orda kolxoz sədri Cəbrayıl gənclik illərində sevdiyi, amma dostu ilə ailə quran Sayalı ilə yaxınlıq edir. Bunu bilən kənd camaatı ayağa qalxır və onu linc etmək istəyir. Amma kəndin ağsaqqalı gəlib deyir ki, Cəbrayıl bir qələtdi edib, məsələni sakit həll edək. O vaxt ağsaqqal sözünə hörmət olduğuna görə, elə də edirlər. Lətifəsi Hadi kişidən uzaq. İndi kişi bir söz deyib, özü də bilir ki, böyük səhv eləyib. Məncə, məsələni uzatmağa dəyməz.
Amma son üç gündür, nə qədər elədim, Hadi kişinin bu sözlərini həzm edə bilmədim. "Müəllim işdən sonra gedib fəhləlik eləsin",- fikrini bəlkə də qəbul eləmək olardı. Amma gərək, H.Rəcəbli özü axşama kimi müəllimlik edəydi, sonra da axşam gedib daş yonaydı, divar hörəydi. Bax, onda deyərdim, ay bərəkallah Hadi! Kişi özü getdiyi yolu başqalarına da göstərir.
Uzun illərdir jurnalistika fəaliyyəti ilə məşğul olsam da, Hadi Rəcəbli ilə cəmi bir dəfə üz-üzə oturub söhbətləşmişəm. Nə gizlədim, yaxşı müsahibdi. Adamın qılığına girməyi də bacarır. Ordan-burdan söhbət elədik, yaxşı müsahibə də alındı. Sonra öz aramızda söhbətləşdik. Maraqlı bir söhbət eləmişdi, özü də səmimi. Çalışdığım qədər Hadi kişinin dediklərini olduğu kimi yazıram: "Mən təzə evlənəndə ailəmlə bir yerdə qalırdıq. Evimiz dar, qazancım da az idi. Elə də yaxşı dolanmırdıq. Həyat yoldaşım bu əziyyətə bir müddət dözdü. Amma axırı çox yaxşı oldu, indi hər şey var".
Dünən mətbuatda Hadi Rəcəblinin variadatı ilə bağlı mətbuatda oxuduqlarım bir daha göstərdi ki, kişi düz deyirmiş də. Pis günün ömrü az olar. Sadəcə, dözdülər və milyonluq varidata sahib oldular. Amma burda bir məsələ də var. Hadi kişi söhbətimiz zamanı mənə gecələr fəhlə işlədiyini deməmişdi. Sözsüz ki, gündüz məktəbdə, gecə "stroyka"da işləyən müəllim 500 il sonra da Hadi Rəcəblinin varidatını toplaya bilməz. Yəni, Hadi kişi nəyisə düz demir. Ya pis günləri arxada qoymağın yolları barədə düzgün resept vermir, ya da müəllimlərə doğru yolu göstərmir...
Amma bir vacib məqamı da deməsəm, olmaz. Bu gün Hadi kişinin gecələr "stroyka"ya göndərmək istədiyi müəllimlər özləri təqsirkardırlar. Pis günləri arxada qoymağın yolunu gizlədən, müəllimlərə fəhlə işləməyi tövsiyyə edən Hadi Rəcəblini o böyük müəllim ordusunun əliylə saxtalaşdırılan seçki vasitəsilə Milli Məclisdə oturdublar. Bəlkə də Hadi kişinin mandatı halaldır, amma nəsə buna inanmağım gəlmir...
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib