Bu gecə nəhənglərin oyunu olacaq - La Liqa

img

22-03-2015 [15:40]


Bu gecə İspaniya çempionatının iki ən adlı-sanlı klubu "Barselona” ilə "Real" (Madrid) növbəti dəfə La Liqada qarşılaşacaq.

La Liqanın 28-ci turu çərçivəsində baş tutacaq bu qarşılaşma çempionatda mühüm oyun hesab edilir. Hazırda komandalar arasında cəmi bir xal fərq var: 27 oyundan 65 xalı olan "Barselona” birinci, 64 xalla "Real" isə ikinci yeri tutur.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq.

"Barselona”-"Real” oyunu aşağıda adları qeyd olunan ölkələrin kanalları vasitəsi ilə canlı yayımlanacaq:

Azərbaycan, "İdman Azərbaycan”

Türkiyə, "Smartspor”

Rusiya, "NTV futbol 1”

Digər xəbərlər
SON XƏBƏRLƏR