Avropa Oyunları üçün şok qiymətə bilet - Video

img

22-03-2015 [11:31]


Avropa Oyunları ilə bağlı hamını maraqlandıran məsələ açılış və bağlanış mərasimi üçün qiymətlərdir.

Mia.az "Space” TV-yə istinadən xəbər verir ki, Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatına görə, açılış mərasimi üçün biletlərin qiyməti 20 manatdan 200 manata qədər, bağlanış mərasimində isə 10 manatdan 100 manata qədər dəyişəcək. Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda isə biletlərin qiyməti adambaşına 2-5 manat arasında dəyişəcək. Əksər yarışlarda biletin qiyməti 3 manatdan başlayır. Amma açıq havada keçirilən yarışlarda biletlər 2 manata da olacaq. Bura velosiped yarışları, eləcə də Bilgəh çimərliyində keçirilən triatlon yarışları aiddir. Biletlərin qiyməti yarışın seçmə və ya final mərhələsindən asılıdır. Seçmə oyunlarda bilet 3 manat. Final mərhələsində isə 5 manat olacaq. Şərtlər görə, yarışlara qatılmaq istəyən azyaşlılar üçün böyük güzəştlər nəzərdə tutulub. Belə ki, 16 yaşa qədər uşaqlar üçün giriş pulsuz olacaq. Belələri yalnız bir neçə yarışa qatılmaq üçün bilet alacaqlar, o da cəmi 1 manata. Fiziki qüsurlu insanlar da bütün yarışlara pulsuz qatıla biləcəklər. Amma açılış və bağlanış mərasimlərinə qatılmaq bütün təbəqələr üçün pullu olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR