Bakıda mərkəzi yollar bağlıdır

img

22-03-2015 [11:21]


Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.

ANS PRESS-in "Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.

Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR