Ramil Usubov polis rəisini qovdu, Ramiz Həsənov işə aldı - Sahibkarlar ayağa qalxdı

img

16-03-2015 [12:53]


Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbə rəisləri sahibkarlara "aylıq” və "illik hesab” planı qoyublar.

Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, bir qrup sahibkar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəalyiyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbə rəislərinin də təhdidləri ilə üzləşiblər:



«Bu xidmətin əməkdaşları hər obyektdən ildə 2-5 min manat aralığında birdəfəlik, yəni "illik hesab”, hər ay isə 500-1500 manat arası «aylıq haqq» tələb edirlər. Verməyən sahibkarlara qarşı hətta fiziki güc tətbiq etməyə də başlayıblar.

Məsələn, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və bu xidmətin Sumqayıt regional şöbəsinin rəis və əməkdaşlarının əlindən obyektlərimizi bağlamaq məcburiyyətində qalmışıq. Sumqayıt Regional Şöbəsinin əməkdaşı Əhmədağa Məmmədov özünü məmurdan daha çox, qoççu kimi aparır. O, işlədiyi qurumun sərhədləri daxilində olan bütün obyektlərə «aylıq» və «illik hesab» planını icra edən əsas adamlardan biridir. İş o yerə çatıb ki, bu adam yanacaqdoldurma məntəqələrinə də «hesab» tələb etməyə başlayıb. Qanunsuz «hesab» tələbinə boyun əyməyən sahibkarlardan biri ilə hətta əlbəyaxa dava da olub. Bildiyimə görə, həmin dava video-görüntüyə də alınıb. Amma məsələ budur ki, bu gün komitə sədri Ramiz Həsənova və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovun himayəsinə arxayın olan Əhmədağa Məmmədovu dayandırmaq mümkün deyil. O, zor tətbiq etməklə də olsa, istədiyini edir».

Əhmədağa Məmmədovun kimliyinə gəlincə, müsahiblərimiz onun haqqında da maraqlı faktların olduğunu deyirlər: «Əhmədağa Məmmədov 2009-cu ilə qədər Sumqayıt şəhər yol polisi idarəsinin rəisi olub. Səhv etmiriksə, o, polis polkovniki rütbəsində olub. Həmin ili Daxili İşlər Nazirliyi onun rəhbərlik

etdiyi idarədə yoxlama aparıb və çox ciddi nöqsanlar aşkarlanıb. Bunu o zaman mətbuata da rəsmi açıqlayıblar. Məhz bundan sonra nazir Ramil Usubov onu nəinki vəzifəsindən azad etdi, hətta polis sistemindən də xaric elədi. Maraqlıdır ki, belə bir adamı Ramiz Həsənovla Əbülfət İmanov əhəmiyyətli bir vəzifəyə götürüblər. Axı, öz sahəsi üzrə yol verdiyi neqativlərə görə qovulan biri digər bir sahədə özünü necə doğrulda bilər? Ramiz Həsənovla Əbülfət İmanov hansı əsas və meyarla Əhmədağa Məmmədovu işə götürməkdə həvəsli olublar?».

Sahibkarlar Əbülfət İmanovun kadr seçimində şübhəlli hallara yol verməsinn təsdiq edən və ölkə mətbuatında gedən bir neçə materialı da qəzetimiz təqdim ediblər: «Həmin materiallardan da görürüsünüz ki, xidmət rəisi kadrları hansı «prinsip»lərlə seçir. Bunu Əhmədağa Məmmədovun timsalındaa tətbiq olunub-olunmaması isə Ramiz Həsənov şəxsən araşdırmalı və tədbir görməldir».

Sahibkarlar deyirlər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun rəisi Əbülfət İmanov ölkədə sanki bilərəkdən gərginlik yaratmaq istəyirlər:



«Hazırda Əbülfət İmanovun rəhbərlik etdiyi xidmət və onun qoçusayağı davranan əməkdaşlarının qanunsuz əməlləri səbəbindən hazırda hər birində 10-15 nəfər işləyən 20-dək iş yeri bağlanmaq üzrədir. Əgər real vəziyyət belədirsə, o zaman Əbülfət Məlikov və adamlarının əməllərinə necə ad verə bilərik? Bu, ölkədə yeni iş yerləri yaratmış sahibkarlardan çox, dövlətə və onun siyasətinə qarşı çıxmaq deyilmi? Niyə Ramiz Həsənov bu xidmət rəisi və onun adamlarına «dur» demir?».

Müsahiblərimiz xidmət və onun regionaal şöbəsində baş verən digər xoşaagəlməz hallardan da söz açıblar. Bu və ya digər məqamlarla bağlı araşdırmalarız davam edəcək. Yazıda adları hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR