Xalq yazıçısı Anar üçün əlamətdar tarix

img

14-03-2015 [11:39]


Bu gün Azərbaycanın Xalq yazıçısı Anarın dünyaya gəlməsinin 77-ci ildönümüdür. 

Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar 1938-ci ildə martın 14-də iki məşhur yazıçı- Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Elə yazıçının adı da ona doğma olan iki insandan bir xatirədir. O, 10 illik musiqi məktəbini gümüş medalla bitirib. Həyat yoldaşı Zemfira xanımla isə 1-ci sinifdən 10-cu sinfədək bir yerdə oxuyub. Yazıçı Anar Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira xanımsa konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb. Onların izdivacından bir qız, bir oğlan övladları dünyay gəlib. 

Yazıçı Anar həm də içtimai xadimdir. O, Yazıcılar Birliyinin sədridir. 1995-2000-çi illərdə isə Milli məclisin üzvü olub. 1964-çü ildən Yazıçılar, Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqının üzvüdür. Anarın yaradıcılığında ilk əsərlərini Şuşada yazıb. "Keçən ilin son gecəsi” və "Bayram həsrətində” onun ilk mətbu hekayələridir.

Anarın 50-dən çox kitabı dünyanın bir çox ölkələrində nəşr olunub. Yazıçının pyesləri müxtəlif teatrlarda mütəmadi tamaşaya qoyulur, xariçi ölkə səhnələrində oynanılır. Onun bir neçə tərçümə əsərləri də var.O, həm də "Dantenin yubileyi”, "Üzeyir ömrü” və "Qəm pənçərəsi” kimi filmlərinin quruluşçu rejissoru, 11 bədii filmin isə ssenari müəllifidir.

Rusiyanın "Mosfilm” kinostudiyasında yazıçının "Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında "Hər axşam 11-də” bədii filmi çəkilib. Onun bir neçə şerinə Xəyyam Mirzəzadə, Çavanşir Quliyev, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar mahnılar bəstələyib. 

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı olan İstiqlal ordeni ilə təltif olunub. 

Ötən ilin fevral ayında isə Türkiyənin Eskişehir vilayətində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk sədri seçilib. Həmçinin bu tədbirdə Xalq yazıçısı Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR