Biləsuvarda Taekvondo üzrə açıq rayon birinciliyinə start verilib - FOTOLAR

img

11-03-2015 [18:50]


Biləsuvar rayon Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo üzrə açıq rayon birinciliyinə start verilib.

Mia.az xəbər verir ki, rayon birinciliyinin açılışında iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev  bu il Avropa Oyunlarının Bakıda keçirilməsini məhz Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun göstəricisi sayıb:

"Ölkəmiz dünyada artıq idman ölkəsi kimi tanınır və Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatının ölkəmizdə görülən işlərə, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyimiz uğurlara verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi xüsisi diqqət və  qayğısı bu gün rayonumuzun da idman həyatında hiss olunur. Ölkəmizdə idmanın inkişafında böyük rol oynayan   Dövlət Proqramları həyata keçirililr, idmanın gənclər arasında kütləviliyi gündən günə yüksəlir. Biləsuvarlı gənclər də respublika və beynəlxalq idman yarışlarında öz sözlərini daima deyir və bir çox mötəbər tədbirlərdə  uğurlar qazanırlar. Bu gün keçirilən yarışın da əsas məqsədi  gəncləri idmana cəlb etmək, gənc nəsli daima saglam və güclü yetişdirmək, ayrı-ayrı idman növləri üzrə komandaların formalaşdırılmasıdır".
  
M.Quliyev idmançılara uğurlar arzuladıqdan sonra yarışlara start verilib. 2 gün davam edəcək açıq birincilikdə 16 rayondan 450 nəfər gənc güclərini sınayacaq.Yekunda qaliblər medallarla və fəxri diplomlarla mükafatlandırılacaqdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR