İran bayraq olayına görə Azərbaycandan üzr istədi

img

11-03-2015 [10:47]


İran Güləş Federasiyası fevral ayında Tehranda keçirilmiş yunan-Roma güləşi üzrə Dünya Kuboku qaliblərinin mükafatlandırma mərasimində Azərbaycan bayrağında 5 guşəli ulduzun təsvir olunması ilə əlaqədar üzr istəyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.

N.Əliyev İran tərəfinin məsələ ilə əlaqədar üzrxahlıq məktubu göndərdiyini deyib: "Federasiyanın prezidenti məktub yazmışdı. O, ilk növbədə bizi təbrik etdi, daha sonra üzrxahlığını bildirdi. Bunu böyük problemə çevirməməliyik".

Qeyd edək ki, sözügedən turnirdə ilk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb. Bu münasibətlə himn səsləndirilərkən, Azərbaycan bayrağındakı ulduz səkkiz yox, beşguşəli formada göstərilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub