İki gimnastimiz medal qazandı

img

06-03-2015 [23:18]


Azərbaycan gimnastları Ulyana Dyakova və Anatoli Leonov Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında üçüncü qızıl medallarını qazanıblar.

Gimnastlar qarışıq cütlüklər arasında keçirilən statik tapşırıqların finalında 27.206 bal toplayaraq aktivində 26.329 bal olan Almaniya millisini qabaqlayıblar. Bolqarıstandan olan cütlük isə bürünc medal qazanıb.

Bədii gimnastika üzrə Azərbaycan yığması, həmçinin qrup yarışlarında bir gün ərzində ikinci gümüş medalını qazanıb.

Üç cüt gürz və iki halqa ilə tapşırıqların yekunu üzrə Azərbaycan millisi 16.833 bal toplayıb. Qızıl medal yenə də rusiyalı gimnastlara qismət olub. Latviya üçüncü olub. Azərbaycanın ikinci yığması kiçik geriləmə ilə dördüncü yerdə qərarlaşıb(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR