Siqaretlərin qiyməti yenidən qalxacaq: - İri marketlərdən siqaretlər yığışdırılıb

img

06-03-2015 [18:35]


Bakı və Abşeronda yerləşən böyük marketlər şəbəkəsində "xod" gedən siqaretlər satışdan yığışdırılıb.

Bunu Mia.az-ın əməldaşlarının marketlərdə apardığı araşdırmalar təsdiq edib.

Saytın əməkdaşları bir neçə iri marketdə olub. Aydın olub ki, "Azeri Sity", "Bizim Market", "Favorit" şəbəkəsinə daxil olan əksər marketlərdə "Davidoff", "Kent", "Marlbro" və sair "bərkgedən" siqaretlərin əksər növləri satışdan tamamilə yığışdırılıb. 

Satıcılar bunu topdansatış mərkəzləri ilə əlaqləndiriblər. Bildiriblər ki, iri marketlərə bahalaşma qadağası qoyulduğundan topdansatış məntəqlərinin menecerləri onları qeyd edilən tütün məmulatları ilə təmin etməkdən boyun qaçırıblar: "Bizə bildiriblər ki, qiymətlərlə bağlı məsələ rəsmiləşənə qədər vəziyyət belə olacaq".

Satıcılar yaxın günlərdə siqaretlərin qiymətinin yenidən yüksələcəyini də istisna etməyiblər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR