“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi jurnalistlərə əlavə şans verdi

img

06-03-2015 [18:08]


"Bakı-2015” ilk Avropa Oyunları üçün mətbuat nümayəndələrinin akkreditasiyadan keçmə müddəti uzadılıb.

"Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən Mia.az-a daxil olan məlumata görə, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq martın 6-sı seçilmişdi. Lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və müraciətlər nəzərə alınaraq proses aprelin 3-dək uzadılıb.

"Bakı-2015” Avropa Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən əvvəl müraciət etmələri tövsiyə olunur. Çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcək. Müraciət təsdiqləndikdən sonra beynəlxalq mətbuat nümayəndələrinə Azərbaycana daxil ola bilmələri üçün viza xidməti göstərəcək kart göndəriləcək.

Yerlərin sayı məhdud olduğundan "Bakı-2015” mətbuat nümayəndələrini yeni tikilmiş Media Kəndində otaq (səhər yeməyi daxil olmaqla bir gecə üçün 50 avro və ikinəfərlik iki çarpayısı olan otaq üçün bir gecəsi 65 avro) bron etməyə çağırır. Atletlər Kəndinin yanında yerləşən Media Kəndi bütün "Bakı-2015” obyektləri üçün nəqliyyat qovşağı rolunu oynayacaq və orada iş və iaşə obyektləri yerləşəcək.

Akkreditasiya forması ilə bağlı müraciəti [email protected] ünvanına göndərmək lazımdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR