Oqtay Əsədov dəyişiklik etdi; iki deputata vəzifə verildi - TƏYİNAT

img

06-03-2015 [16:11]


"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilib. 


Parlament sədri Oqtay Əsədovun imzaladığı dəyişikliyə görə, Azərbaycan – Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Xanlar Fətiyev, Azərbaycan – Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna isə İmamverdi İsmayılov rəhbər təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR