Bakıda polisi idarədə döydülər

img

06-03-2015 [15:51]


Nəsimi Rayon Polis İdarəsində saxlanılan şəxslərlə polis arasında dava düşüb. 


"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı Miraqil Qiyasovun xidməti otağında dindirmə zamanı baş verib. Narkotik vasitələrin daşınması və satılmasında təqsirli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Şəfa İsmayılov saxlanılıb. Onun barəsində olan Cinayət İşi üzrə dindirilmə zamanı 22-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1990-cı il təvəllüdlü Sehran Əkbərovu söyərək yumruqla sifətinə vurub. Bundan sonra saxlanılan şəxslə polis baş leytenantı dava edib. Nəticədə hər ikisi xəsarət alıb. S.Əkbərov DİN-in Hospitalına müraciət edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR