Liftlərdə qadınlara qənim kəsilən seksual manyakdan YENİ XƏBƏR

img

06-03-2015 [14:25]


Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Mia.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz ittihamçı-prokurora verilib. Dövlət ittihamçısı çıxış edərək, İlkin Qasımovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Məhkəmə prosesi martın 11-də davam etdiriləcək.

İ.Qasımov etdiyi əməllərə görə özünü təqsirli bilməyib.

Qeyd edək ki, keçən il aprel ayın 19-da Yasamal rayonu polis əməkdaşları tərəfindən qadınlara qarşı seksual xarakterli hərəkətlər edən Sabunçu rayon Bakıxanov qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımov yaxalanıb. Onun gənc qızlara qarşı artıq 5 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub. 31 yaşlı İ.Qasımov Xətai və Nizami rayonlarında da qadınlara hücum edirmiş. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırmış. İ.Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb. Seksual manyak özünə məxsus olan "Mercedes” markalı avtomobillə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş.

İ.Qasımov ilk dəfə saxlanıldıqdan sonra Yasamal Rayon 28-ci Polis Bölməsindən qaçıb. İ.Qasımov Cinayət Məcəlləsinin digər maddələri 4 dəfə məhkumluq həyatı yaşayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub