Insan alveri ilə bağlı layihə icra olunacaq

img

06-03-2015 [13:04]


Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda İnsan Alveri qurbanlarının, potensial insan alveri qurbanlarının müəyyən edilməsi və onlara kömək edilməsi üzrə potensialların artırılması” layihəsinin icrası çərçivəsində insan alveri və məcburi əmək qurbanları və potensial qurbanları üçün pulsuz hüquqi konsultasiya xidmətləri, hüquqi yardım, psixoloji yardım, reinteqrasiya yardımı göstərilir. 

Beynəlxalq Miqrasiya Təşkilatının nəzdində fəaliyyət göstərən Miqrasiya İnformasiya Mərkəzinin, həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Miqrasiya İnformasiya Məntəqələrinin ofislərinə gəlməklə və ya telefon zəngi vasitəsilə məsləhət ala bilərsiniz. Müraciət edən bütün şəxslərə zəruri məlumatlar və məsləhətlər verilir və müraciətlərin ünvanlı cavablandırılması və həll edilməsi məqsədilə aidiyyəti üzrə istiqamətləndirmə həyata keçirilir. 

Miqrasiya İnformasiyaMərkəzi Ünvan: Yaşar Hüseynov küçəsi 18, AZ1069, Bakı Telefon nömrələri: (012) 465 11 95 Elektron poçt: [email protected] Miqrasiya İnformasiya Məntəqələri Bakı Regional Mərkəzi Ünvan: X.Abbasov küçəsi 13 Telefon nömrələri: (050) 390 33 35; (012) 566 80 57 Sumqayıt ŞəhərBölməsi Ünvan: M.Hüseynzadə küç. 7 Telefon nömrələri: (050) 343 42 02; (018) 655 67 41

Digər xəbərlər
SON XƏBƏRLƏR