Nazirlik 1500 qanun pozuntusu aşkarladı

img

06-03-2015 [11:38]


Son bir ayda iş yerlərində 1500-dən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mia.az-a daxil olan məlumata görə,  belə halların əsasən iqtisadiyyatın özəl sektoruna aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sektorlarında baş verdiyi müəyyən edilib. 

Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. 

Cərimələrin 35,1 %-i, yəni 109412 manatı dövlət büdcəsinə ödənilib. Nəticə etibarilə ötən ay əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması müəyyən müddət tələb edən digər pozuntuların ləğvi üçün işəgötürənlərə icrası məcburi olan göstərişlər verilməklə icrası nəzarətə götürülüb. 

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu istiqamətdə aparılan işlər vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının təmin olunması, o cümlədən işçilərin əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılmasına xidmət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR