Polis əməliyyat keçirdi: homoseksualı öldürən şəxs yaxalandı

img

06-03-2015 [11:07]


Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də saat 23:00 radələrində A.Heydərov küçəsində kirayədə yaşayan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunaraq tutulub.

Qeyd edək ki, qətlə yetirilən B.Əliyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR