Bakıda ağır qəza oldu, 4 nəfər yaralandı

img

06-03-2015 [10:26]


Bakının Yasamal rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı dairəvi yolunda qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan "Mercedes” marklaı maşınının sürücüsü Lökbatan qəsəbəsindən Bakı Beynəlxalq avtovağzalı istiqamətində hərəkətdə olarkən, yağışlı havada sürəti düzgün seçməyib. Yüksək sürətlə hərəkətdə olan avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə yolayırıcı səddə çırpılıb. Daha sonra "Mercedes” Şəkidən Bakıya gələn sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində "Mercedes”dəki sərnişin Nicat Süleymanov ağır, digər sərnişinlər və sürücü isə yüngül xəsarət alıblar. Yaralı Nicat Süleymanov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yaralını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Nicat Süleymanov xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Yasamal Rayon Polis idarəsində araşdırma aparılır (ans press).


Digər xəbərlər
SON XƏBƏRLƏR