Zakir Həsənov ABŞ-ın yeni səfiri ilə Qarabağ haqda danışdı

img

05-03-2015 [18:55]


Martın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-nın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutanı qəbul edib

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfiri yeni təyinatı ilə əlaqədar təbrik edən müdafiə naziri Azərbaycan ilə ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunaraq bu sahədə əldə edilmiş müsbət nəticələrə və həllini gözləyən məsələlərə dair qonaqla fikir mübadiləsi aparıb.
 
Z. Həsənov ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən hərbi sahəni də əhatə etdiyini və bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
 
Hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq sülh prosesinin yubanmasını və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR