Milli Məclisin işçi qruplarında rəhbər dəyişikliyi

img

05-03-2015 [18:41]


"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərarda dəyişiklik edilməsi təklif olunur.

Belə ki, Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılovun isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbərləri vəzifəsinə seçilməsi təklif edilir.

Məsələ Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, X.Fətiyev Azərbaycan-Kolumbiya, İmamverdi İsmayılov isə Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.(azvision.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR