Azərbaycanın bir rayonunda fəlakət - FOTOLAR

img

05-03-2015 [16:09]


Qurunt suları Salyan rayonunun bəzi ərazilərində hərəkəti iflic edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bir neçə gündür ki, əlaqədar qurumlar həyətlərdəki suların çəkilməsi üçün hərəkətə keçib.

Son günlər düşən yağıntılardan sonra Salyan rayonunun nisbətən çokək ərazilərində qurunt sularının həyətyani sahələrə cəm olması çətinliyə səbəb olub. Hətta bəzi evlərin həyətlərində suyun səviyyəsi 30-40 sm-ə çatıb.Yaranan gölməçələr sakinlərin küçəyə çıxmaq imkanı məhdudlaşıb.

Artıq bir neçə gündür ki, rayon fövqəladə hallar komissiyasının və Fövqəladə hallar Nazirliyinin Muğan regional mərkəzi əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış qurunt sularının çəkilməsinə başlanılıb. Görülən işlər nəticəsində suyun səviyyəsin bəzi küçələrdə azaltmaq mükün olsa da zirzəmilərə dolan su bəzi evlərin divarlarında çatların yaranmasına səbəb olub.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, qurunt sularının çəkilib qurudulması məqsədi ilə hazırda rayonun müxtəlif ərazisində 50-yə yaxın su nasosu fəaliyyət göstərir.







Digər xəbərlər
SON XƏBƏRLƏR